Dünya

Türkiyəyə İrandan atılan növbəti ballistik raketin düşmə anı - VİDEO

13 Mar 2026, 15:14 2 baxış
Türkiyəyə İrandan atılan növbəti ballistik raketin düşmə anı - VİDEO
Türkiyəyə İran ərazisindən atılan növbəti ballistik raketin videogörüntüləri yayılıb. Oxu.Az xəbər verir ki, videoda raketin vurulduqdan sonra düşmə anı əks olunub.
Türkiyəyə İrandan növbəti ballistik raket atılıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb. Məlumata görə, İrandan atılan raket Türkiyənin hava məkanına daxil olduqdan sonra Aralıq dənizinin şərqində NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. "Türkiyə ərazisinə və hava məkanına yönələn hər hansı bir təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüd etmədən görüləcək. Hadisənin bütün aspektlərinə aydınlıq gətirmək üçün müvafiq ölkə ilə müzakirələr aparılır. Milli təhlükəsizliyimiz prioritet olmaqla, bölgədəki bütün vəziyyət diqqətlə izlənilir və qiymətləndirilir", - deyə nazirlikdən bildirilib.
{{gallery}} Qeyd edək ki, bu, İrandan Türkiyəyə üçüncü raket hücumudur. İlk raket hücumu martın 4-də olub. İkinci hücum isə martın 9-da günorta saatlarında qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər