Cəmiyyət

Ailə institutunun gücləndirilməsi ilə bağlı dövlət proqramları hazırlansın - TƏKLİF

13 Mar 2026, 16:02 2 baxış
Ailə institutunun gücləndirilməsi ilə bağlı dövlət proqramları hazırlansın - TƏKLİF
"Qarşıda duran mühüm məsələlərdən biri də hesabatda da əksini tapdığı kimi, bölgələrdə yeni universitetlərin yaradılması və bölgə universitetlərini qəbul planının artırılmasıdır. Bu, öz növbəsində şəhərdə tıxacın azaldılmasına müsbət təsir göstərə bilər". Oxu.Az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
"Eyni zamanda, ailə institutuna yönələn təhdidləri nəzərə alaraq milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun gücləndirilməsi ilə bağlı ayrıca dövlət proqramlarının hazırlanmasını təklif edirəm", - deputat təklif edib. Mərahim Nəsib
Ailə institutunun gücləndirilməsi ilə bağlı dövlət proqramları hazırlansın - TƏKLİF
Mənbə oxu.az

Oxşar Xəbərlər