Dünya

İsrail Beyrutda "Hizbullah"la əlaqəli maliyyə təşkilatını vurdu - VİDEO

13 Mar 2026, 15:02 2 baxış
İsrail Beyrutda "Hizbullah"la əlaqəli maliyyə təşkilatını vurdu - VİDEO
İsrail ordusu Beyrutda "Əl-Qard əl-Həsən" maliyyə təşkilatının filiallarına zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidmətindən məlumat verib. "Beyrutda "Əl-Qard əl-Həsən" təşkilatının filiallarına və "Hizbullah"ın digər əhəmiyyətli maliyyə aktivlərinə zərbə endirilib", - deyə SAXAL bəyan edib. İsrail ordusunun məlumatına görə, endirilən zərbələr təşkilatın fəaliyyətini tamamilə pozub və "Hizbullah"a əhəmiyyətli dərəcədə maddi ziyan vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər