Dünya

Sağalmaz xəstəlik aşkarlanan məşhur rusiyalı bloqerin sevgilisindən paylaşım - FOTO

13 Mar 2026, 13:50 2 baxış
Sağalmaz xəstəlik aşkarlanan məşhur rusiyalı bloqerin sevgilisindən paylaşım - FOTO
Dördüncü mərhələdə mədə xərçəngi diaqnozu qoyulan məşhur rusiyalı bloqer Lerçek (əsl adı Valeriya Çekalina) kimyaterapiya kursundan keçəcək. Həkimlər ciddi diaqnozu təsdiqləyiblər. Oxu.Az-ın "112" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə Lerçekin sevgilisi Luis Skviççiarini danışıb. Bloqer sabahdan (14 mart) etibarən müalicəyə başlayacaq. Luis qeyd edib ki, bu çətin zamanda Valeriyanın ailəsi və özü onun yanındadırlar. O bildirib ki, onurğada, ayaqlarda və ehtimal ki, ağciyərlərdə də xəstəliyin yayılması əlamətləri aşkar edilib. "Biz təslim olmayacağıq - birlikdə mübarizə aparacağıq. Mən səni nə qədər lazımdır, o qədər qucağıma alacağam və bu çətin yolun hər addımında səninlə birlikdə irəliləyəcəyəm", - deyə Luis Skviççiarini yazıb.
{{gallery}} Xatırladaq ki, övladının dünyaya gəlməsindən sonra Lerçekə xərçəng diaqnozu qoyulub. Xərçəngin bu mərhələsi sağalmaz hesab olunur. Körpənin vəziyyəti yaxşıdır. Qeyd edək ki, Çekalina dördüncü uşağını fevralın 24-də dünyaya gətirib. Luis Skviççiarini daha əvvəl sağlamlıq problemlərinin doğuşdan sonra başladığını və analizlərin bədxassəli hüceyrələrin mövcudluğunu aşkar etdiyini bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər