Dünya

Türkiyəli mütəxəssisdən Tokatdakı zəlzələyə dair açıqlama: Növbəti təkanlar neçə bal gücündə ola bilər?

13 Mar 2026, 12:14 2 baxış
Türkiyəli mütəxəssisdən Tokatdakı zəlzələyə dair açıqlama: Növbəti təkanlar neçə bal gücündə ola bilər?
Türkiyə vaxtı ilə saat 03:35-də Tokat şəhərinin Niksar rayonunda 5.5 bal gücündə zəlzələ baş verib. Oxu.Az-ın məlumatına görə, türkiyəli mütəxəssis Ahmet Ercan bununla bağlı açıqlamasında növbəti zəlzələ ehtimalına dair xəbərdarlıq edib. "Saat 3:35-də Tokatda 6.5 km dərinlikdə 5.5 bal gücündə zəlzələ baş verib. Zəlzələ Şimali Anadolu qırılma xətti üzərində olub. Bu bölgədəki dağıdıcı hədd 5.9 və 6 bal arasında dəyişir. Zəlzələ bu həddən kiçik olduğu üçün dağıdıcı və ölümcül olmayacağı qənaətindəyəm", - deyə Ahmet Ercan bildirib. "Burada müşahidə edilən sonuncu böyük zəlzələ 1942-ci ildə 7 bal gücündə olub. Bu bölgə üçün hər zaman 6.4-7 bal gücündə zəlzələ xarakterikdir. Əgər bu zəlzələ əsas təkandırsa, afterşokların ən böyüyü 4.5 bal ətrafında ola bilər və bunlar üç-dörd həftə davam edə bilər. Əgər bu zəlzələ ilkin təkandırsa, o zaman əsas zəlzələnin maqnitudası 6.4 və 7 bala çata bilər. Zəlzələ çox dərində olmadığı uçun Samsun, Ordu, Giresun, Sivas, Erzincan, Amasya və Merzifonda hiss oluna bilər. Tokatda Niksar və Reşadiye arasındakı ərazi zəlzələlər baxımından olduqca gərgindir. Bu gərginlik Ordu-Mesudiye, Sivas-Suşehri, Koyilhisar, Akıncılar Gökova, Erzincan Refahiye, Erzincan Üzümlü və Tercan kimi qonşu ərazilərə, qərbdə isə Amasya Merzifon, Dodurga, Oğuzlar, Ladik, Havza və Çanseyə doğru uzanan ərazilərdə mövcuddur", - mütəxəssis qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər