Cəmiyyət

Deputat 30 ildir həllini tapmayan problemdən DANIŞDI: "Eni 30 santimetr olan pay torpağı ayrılıb"

13 Mar 2026, 12:50 2 baxış
Deputat 30 ildir həllini tapmayan problemdən DANIŞDI: "Eni 30 santimetr olan pay torpağı ayrılıb"
"1996-cı ildə həyata keçirilən aqrar islahat zamanı Astara rayonunun Pensər, Siyaku, Kakalos və Suparibağ ərazi inzibati dairələri üzrə 412 hektar ərazi 4 954 ailə arasında bölüşdürülüb. Hər bir ailəyə 1-5 sot, bəzi hallarda 10 sota qədər torpaq sahəsi düşüb. Ən problemli məsələlərdən biri də odur ki, 1-5 sot alan ailəyə bu torpaq elə bir şəkildə verilib ki, oranı istifadə etmək faktiki olaraq qeyri-mümkündür". Oxu.Az xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
O bildirib ki, 30-50 sm və ya 1 metr enində və 100-150-200 metr uzunluğunda velosiped zolaqları şəklində verilən bu torpaq sahələrindən kəndli faktiki olaraq istifadə edə bilmir: "Bu, mümkün də deyil. Bu torpaqların hansısa bir sahibkar tərəfindən satın alınması da mümkün olmayıb. Nəticədə 30 ildir ki, bu torpaqlar istifadəsiz qalıb. Yaxşı olardı ki, bu torpaqların səmərəli istifadə olunması və əkin dövriyyəsinə qaytarılmasından ötrü onlar dövlət tərəfindən kompensasiya ödənilməklə torpaq sahiblərindən alınaraq dövlət mülkiyyətinə qaytarılsın və sahibkarlara icarəyə verilsin. Bu addımla 30 ildir istifadəsiz qalan həmin torpaqlar əkin dövriyyəsinə qaytarıla bilər və ölkəyə fayda təmin edilə bilər". "Həmçinin, Lerik rayonunda mövcud olan 3 ailə sağlamlıq mərkəzi, 39 tibb məntəqəsi və 22 həkim məntəqəsindən cəmi 2-si yeni tikilən binalardır. Digərləri isə demək olar ki, hamısı istismar müddətləri başa çatmış binalardır və qəzalı vəziyyətdədirlər. Astara rayonunun Kakalos kənd tibb məntəqəsi də eyni vəziyyətdədir. Lerik rayonunda nəinki idman kompleksi, ümumiyyətlə hansısa bir idman mərkəzinin olmaması, Lerik şəhər stadionunun da istifadəyə yararsız halda olması qəbullarda vətəndaşlar tərəfindən mütəmadi olaraq qaldırılan məsələlər sırasında yer alır", - deyə MM üzvü əlavə edib. Mərahim Nəsib
Deputat 30 ildir həllini tapmayan problemdən DANIŞDI: "Eni 30 santimetr olan pay torpağı ayrılıb"
Mənbə oxu.az

Oxşar Xəbərlər