Dünya
Aleksandr Vuçiç: "Serbiya NATO-ya qoşulmayacaq və neytral qalacaq"
Serbiya Şimali Atlantika Alyansı ilə mövcud əlaqələrini davam etdirir, ancaq hərbi baxımdan tərəfsizliyini qoruyacaq və bu təşkilatın sıralarına daxil olmayacaq. Oxu.Az-ın TASS agentliyinə istinadən yaydığı xəbərə görə, bu açıqlamanı Serbiyanın dövlət başçısı Aleksandr Vuçiç ölkənin rəsmi telekanalında səsləndirib. "NATO ilə bağlı məsələyə gəldikdə, aramızdakı əlaqələr normaldır, lakin biz bu alyansa üzv olmayacağıq, ölkəmiz neytral mövqedə qalacaq" - deyə, o bildirib.
Mənbə
oxu.az