Dünya

ABŞ generalı İrana kömək edənləri HƏDƏLƏDİ: "Sərt cavab veriləcək"

13 Mar 2026, 10:22 2 baxış
ABŞ generalı İrana kömək edənləri HƏDƏLƏDİ: "Sərt cavab veriləcək"
"ABŞ ordusu Birləşmiş Ştatlara qarşı hərbi əməliyyatlarda İrana kömək edən istənilən tərəfə sərt cavab verəcək". Oxu.Az-ın "The Hill"ə istinadən verdiyi məlumata görə, bunu NATO-nun Avropadakı Ali Müttəfiq Qüvvələrinin komandanı, amerikalı general Aleksus Qrinkeviç bildirib. "Kimsə ABŞ hərbçilərini hər hansı bir formada təhlükəyə atırsa, biz buna qətiyyətlə cavab verməliyik. İnanıram ki, iranlıların ABŞ qüvvələrinə hücumuna kömək edən hər kəsə cavabımız qətiyyətli olacaq", - deyə o, Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələri zamanı bildirib. O, həmçinin qeyd edib ki, Avropa ölkələrinin böyük əksəriyyəti İrana qarşı əməliyyatlarda ABŞ-yə aktiv hərbi dəstək verir.
Mənbə oxu.az

Oxşar Xəbərlər