Dünya

KİV: Ərak və Tehran bombardman olundu

13 Mar 2026, 09:28 2 baxış
KİV: Ərak və Tehran bombardman olundu
İsrail və ABŞ təyyarələri Tehranın şərq rayonlarına zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. Məlumata görə, İran paytaxtının qırıcı təyyarələrin hücumuna məruz qalan iki rayonunda partlayışlar baş verib. Hələlik dağıntı və ya itki barədə məlumat yoxdur. İranın mərkəzi hissəsində yerləşən Ərak şəhərinə havadan bir neçə zərbə endirilib. Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, şəhər şiddətli bombardmanlara məruz qalıb. Hücumun hədəfinin şəhər daxilindəki bir obyekt olduğu qeyd edilir. Hücum zamanı mümkün dağıntı və ya zərərçəkənlər barədə hələlik məlumat yoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər