Dünya
KİV: Pakistan Əfqanıstana hava zərbələri endirdi
Pakistanın ordusu Əfqanıstan ərazisinə növbəti hava zərbələri endirib. Oxu.Az xəbər verir ki, bu barədə "TOLO News" telekanalı Əfqanıstan hökumətinin rəsmisi Zəbihulla Mücahidə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Kabil, həmçinin Kəndəhar, Paktiya və Paktika əyalətlərindəki obyektlər hücumlara məruz qalıb.
Mənbə
oxu.az