Dünya
NASA Marsa gedən yolun təməlini qoyur
NASA aprel ayında reallaşması planlaşdırılan uçuşdan öncə SLS raketi və "Orion" kosmik gəmisi ilə bağlı hazırlıq işlərini davam etdirir. Oxu.Az xəbər verir ki, bu barədə NASA-nın rəsmi açıqlamasında bildirilir. Qeyd olunur ki, "Artemis" layihəsinin məqsədi kosmonavtları Ay səthinin daha geniş ərazilərini öyrənmək üçün fəzaya göndərmək və gələcəkdə Marsa təşkil olunacaq insanlı uçuşlara zəmin yaratmaqdır.
Mənbə
oxu.az