Dünya

ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb

13 Mar 2026, 01:58 2 baxış
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb
ABŞ qüvvələri İraqın qərbində baş verən qəza nəticəsində "KC-135" yanacaq dolduran təyyarəsini itirib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkə hesabında paylaşıb. Bildirilib ki, hadisə "Epik qəzəb" əməliyyatı zamanı dost hava məkanında baş verib və hazırda xilasetmə işləri davam etdirilir. Məlumata görə, insidentdə iki təyyarə iştirak edib. Onlardan biri İraqın qərbində qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə eniş edib. Komandanlıq vurğulayıb ki, qəza nə düşmən, nə də dost atəşi nəticəsində baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər