Digər
Tehranda rütbəli hərbi rəsmilərlə vida mərasimi keçirilir - Video
Tehranın İnqilab meydanında hava zərbələri nəticəsində ölən yüksək rütbəli hərbi rəsmilərlə kütləvi vida mərasimi keçirilir.
Axar.az “Tasnim”ə istinadən xəbər verir ki, Tehran şəhərinin mərkəzi meydanında keçirilən vida mərasiminə minlərlə insan qatılıb.
İzdihamda şüarlar səsləndirilir.
Qeyd edək ki, fevralın 28-dən başlayan İsrail və ABŞ-ın hava zərbələri nəticəsində İranın bir sıra yüksək rütbəli rəsmisi ölüb.
Mənbə
axar.az