Digər
Zelenski Trampa bir ildən sonra “kart” göstərdi!
Ukraynanın artıq “kartları” var, bunu hamı başa düşür.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Yaxın Şərqdəki hadisələrlə bağlı kömək üçün Kiyevə müraciət etməsindən danışarkən deyib.
“Yaxşı kartlarınız ola bilər, amma hər kəsə onların olduğunu göstərməmək vacibdir. Düşünürəm ki, bir il əvvəl də kartlarımız var idi, amma onları göstərmədik. Lakin indi hamı onların mövcud olduğunu başa düşür”, - o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən il ukraynalı həmkarı Vladimir Zelenskinin Rusiyaya qarşı əlində “kart” olmadığını bildirmişdi.
Mənbə
axar.az