Digər

Arakçı Trampa cavab verdi: Tamamilə yalandır

11 Mar 2026, 11:43 2 baxış
Arakçı Trampa cavab verdi: Tamamilə yalandır

İranın ABŞ və ya ABŞ qüvvələrinə qarşı profilaktik və ya qabaqlayıcı hücum planlaşdırdığı iddiası tamamilə yalandır.


Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı özünün X səhifəsində yazıb.


“Bu yalanın yeganə məqsədi İsrail tərəfindən hazırlanmış və adi amerikalılar tərəfindən maliyyələşdirilən bir bədbəxt hadisə olan “güclü səhv əməliyyatı”nı haqlı çıxarmaqdır”, - o bildirib.


Qeyd edək ki, Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib ki, əgər İrana zərbə endirmək üçün daha üç gün gözləsəydi, ABŞ-a hücum ediləcəkdi.

Mənbə axar.az

Oxşar Xəbərlər