Digər
"McDonald's"da YENİLİK: Sevimli qidalarınızın hazırlanma prosesi ilə tanış ola biləcəksiniz
"McDonald's" restoranlar şəbəkəsinin Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 1054-cü məhəllədə yerləşən restoranında "Açıq Qapı" proqramı çərçivəsində media nümayəndələri üçün mətbəxlə yaxından tanış olmaq məqsədilə tanışlıq turu təşkil edilib. Mediaturun əsas məqsədi jurnalistlərə "McDonald's"da hazırlanan yeməklərin bişirilmə prosesini əvvəldən axıra kimi göstərmək olub. Şirkət təmsilçiləri bildiriblər ki, "Açıq Qapı" proqramı çərçivəsində hər kəs mətbəxlə yaxından tanış ola, sevimli qidalarının hazırlanma prosesini və tətbiq olunan təhlükəsizlik standartlarını gözləri ilə görə bilər. Proqram 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. "McDonald's Azərbaycan" şirkətinin Təchizat və keyfiyyətə nəzarət üzrə direktoru Anar Osmanov vurğulayıb ki, "Açıq Qapı" proqramında iştirak etmək istəyən şəxslər əvvəlcədən restoranlar şəbəkəsinin tətbiqində və ya saytında müraciət formasını doldurmalı, ekskursiyadan öncə "Mətbəx ziyarətçisinin sağlamlıq bəyannaməsi" ilə tanış olub onu imzalamalıdırlar. Qeydiyyat zamanı uyğun restoran və tarix seçilməli, ekskursiya günü isə iştirakçılar restorana ən azı 15 dəqiqə əvvəl gələrək növbə menecerinə müraciət etməlidirlər. Bildirilib ki, şirkət yerli istehsal olunmuş və halal sertifikatlaşdırılmış mal əti məhsullarından istifadə edir. Məhsulların saxlanılması temperatur rejiminə uyğun şəkildə həyata keçirilir: ət və digər məhsullar -18 dərəcə temperaturda saxlanılır, dondurucular və soyuducular isə mərkəzləşdirilmiş sistem vasitəsilə idarə olunur. Qızartma üçün istifadə edilən İspaniya istehsallı yağların yüksək temperatura davamlı olduğu və xüsusi cihazlarla mütəmadi yoxlanıldığı diqqətə çatdırılıb. Qeyd edək ki, "Açıq Qapı" proqramı real insanlar, real proseslər və gerçək "McDonald's" haqqında daha çox öyrənmək üçün unikal fürsətdir.
{{gallery}} Məlik Məlikov
{{gallery}} Məlik Məlikov
Mənbə
oxu.az