Digər

"Odero", "Visa Ready Full" sertifikasiyasını uğurla tamamladı

11 Mar 2026, 09:00 2 baxış
"Odero", "Visa Ready Full" sertifikasiyasını uğurla tamamladı
Azərbaycanda fəaliyyət göstərən ödəniş təşkilatı şirkəti "Odero" ("Token Azərbaycan" MMC), "Visa" tərəfindən təqdim edilən "Visa Ready Full" sertifikasiyasını tamamlayaraq "Visa Certified Payment Facilitator" statusunu aldı. Bu sertifikat, yalnız "Visa"nın ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçən, beynəlxalq standartlara cavab verən ödəniş təşkilatlarına təqdim olunur. Qeyd edilən sertifikat xüsusilə turizm, "rent a car" və hotel kimi beynəlxalq müştərilərlə çalışan sektorlar üçün mühüm əhəmiyyət daşıyır. Bu sahələr üzrə ödəniş qəbulu xidməti yalnız qeyd edilən sertifikatı əldə edən şirkətlər tərəfindən təqdim edilə bilir, bu da sertifikatın strateji əhəmiyyətini daha da artırır. Sertifikat, ödəniş təhlükəsizliyi, risklərin idarə olunması, uyğunluq prosedurları və əməliyyat prosesləri üzrə "Visa" standartlarına tam uyğunluğun təsdiqi hesab olunur. Bu çərçivədə, "Odero" ilə əməkdaşlıq edən bizneslər daha şəffaf, təhlükəsiz və qlobal tələblərə cavab verən ödəniş infrastrukturu əldə edirlər. "Odero"nun baş direktoru Raşit Kartalın sözlərinə görə, bu nailiyyət şirkətin beynəlxalq standartlara uyğun inkişaf strategiyasında mühüm mərhələ olmaqla yanaşı, yerli bizneslərin qlobal bazara çıxışını dəstəkləməyi hədəfləyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər