Dünya
İrana qarşı əməliyyatda yaralanan ABŞ-li hərbçilərin sayı məlum oldu
Pentaqon İrana qarşı davam edən hərbi əməliyyat zamanı indiyədək təxminən 140 ABŞ hərbçisinin yaralandığını təsdiqləyib. Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. Pentaqon bəyanatında bu xəsarətlərin əsasən yüngül xarakterli olduğu bildirilir. Sənəddə qeyd olunur ki, xəsarət alanlardan 108 nəfəri artıq sağalaraq xidmət yerlərinə geri qayıdıb.
Mənbə
oxu.az