İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində yeni kadr təyinatları olub.
Axar.az Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə AMEA prezidenti, akademik İsa Həbibbəyli müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Vəfa Atayeva akademiyanın Şəki Regional Elmi Mərkəzi direktorunun elmi işlər və rəqəmsal üzrə direktor müavini təyin edilib. O, indiyə qədər həmin mərkəzin elmi katibi vəzifəsində işləyib.
Digər əmrlə, Ayşən Salmanova mərkəzin elmi katibi vəzifəsinə gətirilib. O, 2025-2026-ci illərdə qurumun “Bitkilərin biokimyası” tədqiqat şöbəsinin müdiri postunda çalışıb.
Qeyd edək ki, AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər və rəqəmsal üzrə direktor müavini vəzifəsi boş idi. Əvvəllər bu vəzifə elmi işlər üzrə direktor müavini adlandırdı.