Dünya

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

05 Oct 2026, 16:24 3 baxış
Tbilisi merindən Avropaya qarşı sərt ittiham
"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze mətbuat nümayəndələrinə açıqlamasında bildirib. "Avropa strukturlarından hər hansı bəyanat eşitməmişəm (çevriliş və inqilab cəhdlərinin pislənməsi ilə bağlı nəzərdə tutulur - red.), əksinə, yalnız təşviq var idi, çünki bütün bunlar onların tərəfindən planlaşdırılmışdı. Məhz onların dəstəyi və maliyyələşdirməsi nəticəsində inqilab və dövlət çevrilişi ilə əlaqəli kampaniyaya start verildi. Onların əsas məqsədi ölkədəki mövcud hakimiyyəti devirmək olub", - deyə Kaladze qeyd edib. Siyasətçi əlavə edib ki, aparılan müşahidələrə əsasən, son illərdə Qərb nümayəndələri Gürcüstanda öz agentlərini hakimiyyətə gətirməyə və daha sonra gürcü xalqından öz şəxsi maraqlarını həyata keçirmək üçün istifadə etməyə çalışırlar. Qeyd edək ki, 2025-ci il oktyabrın 4-də, bələdiyyə seçkiləri günü Tbilisidə müxalifətin etiraz aksiyası keçirilib. Təşkilatçılar kürsüdən prezident sarayının açarlarını ələ keçirməyə çağırış ediblər, bundan sonra etirazçıların bir qismi yaxınlıqdakı iqamətgaha doğru hərəkət edib. Nümayişçilər hasarı uçursalar da, xüsusi təyinatlılar tərəfindən geri oturduldular.
Mənbə oxu.az

Oxşar Xəbərlər