Dünya

Nigeriyada hərbi təyyarə qəzaya uğradı: Göyərtəsində 32 nəfər olub - Video

05 Oct 2026, 19:06 2 baxış
Nigeriyada hərbi təyyarə qəzaya uğradı: Göyərtəsində 32 nəfər olub - Video
Nigeriya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "ATR-42" tipli təyyarə ölkənin Ondo ştatında, İqbokoda yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb. Oxu.Az bu barədə "Vanguard" qəzetinə istinadən xəbər verir.

Göyərtədə olan 25 sərnişin və 7 heyət üzvünün taleyi hələlik məlum deyil. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər