Dünya
Hörmüz boğazında təhlükə: İranın minalar yerləşdirdiyi iddia olunur
ABŞ kəşfiyyat qurumları İranın Hörmüz boğazında minalar yerləşdirməyə başladığı barədə məlumat əldə edib. Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" telekanalının müxbiri Cennifer Ceykobs "X" sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, ABŞ kəşfiyyatı İranın Hörmüz boğazında yerləşən gəmiçilik dəhlizində minalar quraşdırmaq istiqamətində addımlar atdığına dair məlumatlar əldə edib.
Mənbə
oxu.az