Dünya

Bayraktar və Paşinyan nüvə energetikasını müzakirə ediblər

10 Mar 2026, 23:42 2 baxış
Bayraktar və Paşinyan nüvə energetikasını müzakirə ediblər
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə türkiyəli nazir "X" sosial şəbəkəsində məlumat verib. Görüşdə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan da iştirak edib. Tərəflər regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində atıla biləcək addımları müzakirə ediblər. Eyni zamanda infrastruktur və energetika sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə, elektrik şəbəkələri arasında əlaqə, nüvə energetikası və təbii qaz sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər