Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi: "Ukrayna üzrə danışıqlarda dönüş nöqtəsi yarana bilər"
ABŞ Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlarda dönüş nöqtəsinin yaxınlaşacağına ümid edir. Oxu.Az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff CNBC telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, tərəflərin yorulması ilə bağlı müəyyən əlamətlər görünür. "Biz görürük ki, hər iki tərəf yorulub. Ümid edirik ki, bu, danışıqlarda dönüş nöqtəsinin başlanğıcı olacaq", - deyə Uitkoff qeyd edib.
Mənbə
oxu.az