Dünya

Avropa Xidmətlər Ordeninin ilk laureatlarının adları açıqlanıb - FOTO

10 Mar 2026, 20:06 2 baxış
Avropa Xidmətlər Ordeninin ilk laureatlarının adları açıqlanıb - FOTO
Fransanın Strasburq şəhərində Avropa Xidmətlər Ordeninin ilk laureatlarının adları açıqlanıb. Oxu.Az-ın "Europarl.europa.eu" nəşrinə istinadən xəbərinə görə, adları Avropa Parlamentinin sədri Roberta Metsola elan edib. Yeni təsis edilən "Xidmətlərə görə" Avropa Ordeni Avropa inteqrasiyasına, eləcə də Avropa dəyərlərinin təşviqi və qorunmasına verilən əhəmiyyətli töhfələrə görə təqdim edilir. Məlumata görə, Almaniyanın keçmiş kansleri Angela Merkel, "Həmrəylik" ictimai hərəkatının keçmiş lideri və Polşa Respublikasının keçmiş prezidenti Lex Valensa və Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Xidmətlər Ordeninin fəxri üzvü adına layiq görülüblər.
Həmçinin Xidmətlər Ordeninin laureatları arasında Litvanın keçmiş prezidenti Valdas Adamkus, Polşanın keçmiş baş naziri və Avropa Parlamentinin keçmiş sədri Yeji Buzek, Müqəddəs Taxt-tacın dövlət katibi, kardinal Pyetro Parolin, Moldova Prezidenti Maya Sandu, Avropa diplomatiyasının keçmiş rəhbəri Xavyer Solana, Avropa Mərkəzi Bankının keçmiş prezidenti Jan-Klod Trişe və bir sıra digər Avropa siyasi xadimləri də var. Laureatlar 18-21 may tarixlərində Strasburqda planlanan plenar iclas zamanı keçiriləcək rəsmi mükafatlandırma mərasiminə dəvət olunacaqlar. Qeyd edək ki, keçən il Şuman Bəyannaməsinin 75-ci ildönümü münasibətilə Avropa Parlamentinin Bürosu Avropada bu cür ilk mükafatı təsis etmək qərarına gəlib.
Avropa Xidmətlər Ordeninin ilk laureatlarının adları açıqlanıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər