Dünya

"Haber Global"ın canlı yayımı zamanı Beyrutda partlayış baş verib - VİDEO

10 Mar 2026, 20:36 2 baxış
"Haber Global"ın canlı yayımı zamanı Beyrutda partlayış baş verib - VİDEO
Türkiyənin "Haber Global" telekanalının canlı yayımı zamanı Livanın paytaxtı Beyrutda güclü partlayışlar qeydə alınıb. Oxu.Az xəbər verir ki, telekanal şəhərdəki son vəziyyət barədə reportaj hazırlayan zaman kameralar Beyrutun müxtəlif bölgələrində baş verən partlayışları qeydə alıb.
Kadrlarda, xüsusilə, şəhərin cənub rayonları üzərində qalxan sıx tüstü buludları aydın görünür. Görüntülərdə partlayışların ardıcıl şəkildə baş verdiyi müşahidə olunur. Partlayışların səbəbi və mümkün itkilər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər