Dünya
İran ordusundan İDDİA: "İsrailin radiolokasiya sistemlərinin əhəmiyyətli hissəsi məhv edilib"
"İran İsrailin radiolokasiya sistemlərinin əhəmiyyətli hissəsini məhv edib, Hayfadakı hərbi bazalara zərbələr endirmək daha da asanlaşıb". Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bunu İslam Respublikası ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya iddia edib. O, həmçinin qeyd edib ki, müasir İran raketləri və PUA-ları (Pilotsuz Uçuş Aparatı - dron) düşmən mövqelərinin məhv edilməsində öz effektivliyini göstərib.
Mənbə
oxu.az