Dünya

İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı həlak olub - FOTO

10 Mar 2026, 18:40 2 baxış
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı həlak olub - FOTO
"Martın 9-da İrandan İsrail ərazisinə həyata keçirilən raket hücumu nəticəsində həlak olan Amid Əligüllah oğlu Murtuzov Azərbaycan və İsrail vətəndaşıdır". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycanın İsraildəki səfirliyindən məlumat verilib. Bildirilib ki, hadisə Yehud şəhəri ərazisində yerləşən tikinti sahəsində baş verib. Məlumata görə, A.Murtuzov İsrailin Petax Tikva şəhərinin sakini olub. O, ailəsi ilə birlikdə İsrailə uzun illər əvvəl köçüb və orada yaşayıb. "Səfirlik mərhumun ailəsinə və doğmalarına səbir diləyir, dərin hüznlə başsağlığı verir", - deyə məlumatda qeyd olunub. Məlik Məlikov İranın İsrailin mərkəzi hissəsinə endirdiyi raket zərbəsi nəticəsində iki nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb. Bildirilir ki, hadisə bazar ertəsi baş verib. İranın kaset döyüş başlıqlı ballistik raketinin submərmiləri İsrailin mərkəzində yerləşən Yehud, Or-Yehuda, Holon və Bat-Yam şəhərlərində ən azı altı fərqli nöqtəyə düşüb. Zərbə zamanı tikinti sahəsində çalışan iki nəfərin həlak olduğu bildirilir. Qəzetin məlumatına görə, bunlar Petah-Tikva şəhərinin 40 yaşlarında olan sakinləri Rüstəm Qulamov və Amid Murtuzovdur. Onların azərbaycanlı olduqları ehtimal edilir. Biri hadisə yerində həyatını itirib, ağır yaralanan digər şəxs isə xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib. Məlumata əsasən, zərbə anında onlar sığınacaqda olmayıblar. İsrailin Daxili Cəbhə Komandanlığının rəhbəri Şai Klapper bildirib ki, tikinti sahəsində olan onlarla digər işçi sığınacaqlara daxil olduqları üçün xilas ola biliblər.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər