Dünya
İsrail SEPAH-ın ballistik raket kompleksinə zərbələr endirdi - FOTO
İsrail ordusu Tehranda SEPAH-ın ballistik raketlərin tədqiqat və istehsal kompleksinə, eləcə də "Əl-Qüds" qüvvələrinin qərargahına hücum edib. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri Tehranda İran rejiminin əsas infrastrukturuna bir sıra zərbələr endirib. Zərbələrdən biri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tədqiqat və istehsal kompleksini hədəf alıb. Burada ballistik raketlərin hazırlanması, istehsalı ilə bağlı təcrübələr və sınaqlar aparılıb. Bundan əlavə, İsrail ordusu "Əl-Qüds" qüvvələrinin qərargahındakı hədəflərə, eləcə də hava hücumundan müdafiə sistemlərinin istehsal sahələrinə zərbələr endirib", - deyə SAXAL-dan bildirilib. İsrail ordusu Tehrandakı hədəflərə yeni zərbələr endirməyə başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb. "İsrail ordusu Tehrandakı İran rejiminin hədəflərinə qarşı bir sıra zərbələr endirib", - deyə SAXAL-dan bildirilib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Mənbə
oxu.az