İqtisadiyyat
Avronun gücünü itirməsinin səbəbləri: "Qoca qitə"də yeni risklər
Avropada iqtisadi narahatlıq yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Avronun məzənnəsi son 17 ayın minimumuna yaxınlaşır, bu arada xüsusilə Fransanın fiskal vəziyyəti və ölkədəki siyasi dalan maliyyə bazarlarında təzyiqi artırır. Bəs avronun zəifləməsinin əsas səbəbləri nələrdir və Fransadakı siyasi-fiskal risklər Avropa iqtisadiyyatına necə təsir göstərə bilər? Mövzu ilə bağlı Oxu.Az-a danışan iqtisadçı-ekspert Ruslan Atakişiyevin sözlərinə görə, son dövrlər Avropanın maliyyə bazarında dəyişikliklər müşahidə olunur:
"Xüsusən də yanacaqla bağlı yaranan problemlər diqqəti çəkir. Hətta Avropa İttifaqı (Aİ) stabilləşmə üçün enerji bazarına əlavə yanacaq da daxil edib. Davam edən Rusiya-Ukrayna müharibəsi və bu çərçivədə satılan silahların əsas pul ödəyən tərəfi də Avropa İttifaqı olduğu üçün istər-istəməz əlavə xərclər formalaşdırır". "Təbii ki, belə bir vəziyyət iqtisadi göstəricilərə, dolayısı ilə avronun məzənnəsinə təsir göstərir. Düzdür, avronun vaxtaşırı da qalxıb-enməsinin şahidi oluruq deyə, bütün bunların fonunda mövcud vəziyyət çox da təəccüb doğurmur. Ümumiyyətlə, dünyada münaqişələrin dərinləşməsi, paralel olaraq da davam edən iqtisadi tənəzzül fonunda bu, gözlənilən idi", - deyə ekspert vurğulayıb.

Mənbə
oxu.az