Digər
AAYDA: "Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır" - Video
Mehdiabad-Diğah-Məmmədli avtomobil yolunun Məmmədli qəsəbəsi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, eləcə də yolun asfalt-beton örtüyünün əsaslı təmirinin aparılması üçün ilk növbədə ətraf ərazilərdə toplanan yağış və qrunt sularının avtomobil yolundan kənarlaşdırılması istiqamətində zəruri tədbirlər görülməlidir. Mövcud vəziyyət göstərir ki, sözügedən ərazidə yağış və yeraltı suların lazımi səviyyədə idarə olunmaması yolun müəyyən hissələrində deformasiyalara səbəb olub. Bu vəziyyət, eyni zamanda, təmir-bərpa işlərinin dayanıqlı və keyfiyyətli şəkildə aparılmasını çətinləşdirib. Bu baxımdan, asfalt örtüyünün təmirinə başlamazdan əvvəl aidiyyəti qurum tərəfindən səth və qrunt sularının kənarlaşdırılması məqsədilə drenaj sisteminin və suötürücü xətlərin inşa edilməsi zəruri şərt hesab olunur. Qeyd olunan məsələnin həlli və müvafiq mühəndis-kommunikasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən aidiyyəti quruma müraciət edilib. Yalnız bu tədbirlər aidiyyəti qurum tərəfindən icra edilərək başa çatdırıldıqdan sonra yolda təmir-bərpa işləri həyata keçirilə bilər.
Mənbə
oxu.az