Dünya
Şəhidimizin adını daşıyan gəmiyə Qara dənizdə dron hücumu: İtkin düşənlər var - Foto/Video
Qara dənizdə, Rumıniyanın ərazi sularından kənarda üzən "Royad Mammadov" gəmisinə dron hücumu olub. Nəticədə gəmidə güclü yanğın baş verib. Hadisə zamanı kapitan xəsarət alıb, heyətin 13 üzvü isə itkin düşmüş hesab olunur. Oxu.Az-ın məlumatına görə, bu barədə Rumıniya Dəniz İdarəsi rəsmi açıqlama yayıb.
Hazırda ölkəyə məxsus gəmilər tərəfindən ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Məlumata görə, Sent-Kits və Nevis Federasiyasının bayrağı altında üzən və taxıl məhsulları daşıyan gəmi Ukraynanın İzmail limanından yola düşərək İtaliyanın Ravenna şəhəri istiqamətində hərəkət edirmiş. Qeyd edək ki, 2022-ci ildə gəmiyə 44 günlük Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adı verilib. O, 2000-ci il oktyabrın 25-də Azərbaycanın Masallı rayonunun Mahmudavar kəndində anadan olub. Mahmudavar kənd orta məktəbini bitirdikdən sonra Qərbi Kaspi Universitetinə daxil olub. O, İkinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci il noyabrın 8-də Laçın və Şuşanı birləşdirən strateji yol uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olub. O, doğma Mahmudavar kəndində dəfn edilib.

Mənbə
oxu.az