Dünya

Tramp Braziliya ilə Hindistanı səhv saldı

05 Oct 2026, 16:08 3 baxış
Tramp Braziliya ilə Hindistanı səhv saldı
ABŞ-nin dövlət başçısı Donald Tramp prezident seçkisinin yüksək səviyyədə təşkil olunmasına görə Hindistanı tərifləyib, lakin əslində bu ölkəni Braziliya ilə qarışdırıb. Oxu.Az bu barədə Trampın "Truth Social" şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. "Bu gün Hindistanda baş tutan prezident seçkisinin birinci turunda 125 milyon vətəndaş səs verib. Yekun nəticələr isə seçki məntəqələri qapandıqdan az sonra, elə həmin gün elan edilib", - deyə prezident yazıb. Tramp, həmçinin seçkidən sonra səslərin hesablanmasına həftələrlə vaxt sərf edən bəzi Amerika ştatları və şəhərlərinin hakimiyyət orqanlarını tənqid edib. Hazırda həmin paylaşım redaktə edilib və mətnin Braziliyadakı seçkiyə aid olduğu düzəldilib. Qeyd edək ki, oktyabrın 4-də baş tutan ilk turda Flaviu Bolsonaru 47 faizdən artıq səs əldə edərək, hazırkı prezident Luis İnasiu Lula da Silvanı təxminən iki faiz geridə qoyub və üstünlük qazanıb. Seçkinin taleyini həll edəcək ikinci tur isə oktyabrın 25-də keçiriləcək. Dövlət başçısı ikinci turda da uğur qazanmaq məqsədilə seçki təşviqatını yenidən aktivləşdirəcəyini xüsusi olaraq diqqətə çatdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər