Dünya
Rusiya Ukrayna Qəhrəmanının təyyarəsini VURDU - FOTO
Rusiya Aerokosmik Qüvvələrinin ekipajları Ukrayna Silahlı Qüvvələrinin "Su-27" təyyarəsini məhv edib. Oxu.Az bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir. Bundan əlavə, bildirilib ki, qoşun bölmələri bir neçə ərazidə Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə və texnikasına zərbə vurmağa davam edib. Xəbərə görə, "Şimal" qrupu Xarkov və Sumı bölgələrində Ukrayna ordusunun hava-desant hücum briqadalarının birləşmələrinə zərbələr endirib. Qeyd edilib ki, vurulan "Su-27" təyyarəsinin pilotu, Ukrayna Silahlı Qüvvələrinin 39-cu Taktiki Aviasiya Briqadasının komandiri Aleksandr Dovqaç Ukrayna Qəhrəmanıdır.
Mənbə
oxu.az