Dünya
KİV: İsrail ordusu "Hizbullah"a qarşı uzunmüddətli hərbi əməliyyatlara hazırlaşır
İsrail Livandakı "Hizbullah" hərəkatına qarşı uzunmüddətli hərbi əməliyyatlara hazırlaşır. Oxu.Az xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti özəl mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, "Hizbullah"la mübarizə hətta İrana qarşı əməliyyatlar başa çatdıqdan sonra da davam etdirilə bilər. Nəşrin iddiasına görə, "Hizbullah" ilə müharibə məsələsi İsraildə İranla hərbi əməliyyatlar başlamazdan əvvəl müzakirə olunub. Məlumatlı mənbələr bildiriblər ki, hazırda İsrail Müdafiə Qüvvələri (SAXAL) sözügedən hərəkata qarşı əməliyyatlarda əhəmiyyətli uğur əldə edə bilməyib. "Bu, əsasən İranla münaqişənin yüksək intensivliyi ilə bağlıdır", - deyə nəşrdə bildirilib.
Mənbə
oxu.az