Dünya
İspaniya rəsmisindən Mertsin Trampla görüşünə sərt reaksiya
İspaniya baş nazirinin müavini Yolanda Dias ABŞ Prezidenti Donald Trampla görüş zamanı Almaniya Kansleri Fridrix Mertsin davranışını tənqid edib. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Diasın məlumatına görə, Tramp İspaniya hökumətinə qarşı qəzəbli çıxış edərkən, onu "dəhşətli" adlandırarkən və ticarət əlaqələrini kəsməklə hədələyərkən Merts heç bir reaksiya verməyərək Oval kabinetdə səssizcə oturub. Dias Almaniya kanslerini yaşadığımız tarixi anı necə idarə edəcəklərini bilməyən Avropa İttifaqı (Aİ) liderlərinin sırasında göstərib. İspaniyalı siyasətçi sonda bildirib ki, bu gün Avropanın Trampa hörmət edən vassallara yox, liderliyə ehtiyacı var. Xatırladaq ki, D.Tramp Ağ Evdə ABŞ-Almaniya münasibətləri barədə danışarkən zarafatla kansleri "yumruqla" vurub. ABŞ lideri çıxışında Almaniya kanslerini dost kimi tərifləsə də, digər Avropa liderlərini tənqid edib. Merts isə buna susmaqla reaksiya verib. Kansler daha sonra ABŞ prezidenti ilə nahar söhbəti zamanı İspaniyanı və Böyük Britaniyanı müttəfiq kimi gizli şəkildə müdafiə etdiyini və bu da Trampı qəzəbləndirdiyini bildirib. Kansler daha sonra ABŞ prezidenti ilə nahar söhbəti zamanı İspaniya və Britaniyanı müttəfiqlər kimi açıq şəkildə müdafiə etdiyini, bunun da Trampın qəzəbinə səbəb olduğunu deyib.
Mənbə
oxu.az