Dünya

Türkiyə Malatyada "Patriot" sistemi yerləşdirir

10 Mar 2026, 11:42 2 baxış
Türkiyə Malatyada "Patriot" sistemi yerləşdirir
Türkiyə hava məkanının qorunması üçün Malatya bölgəsində "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. "Türkiyənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün NATO və müttəfiq ölkələrlə əlaqələndirilmiş şəkildə lazımi addımlar atılır. Bölgədəki son hadisələr nəzərə alınmaqla sərhədlərin və hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər görülür. Bu proses boyunca NATO və müttəfiq dövlətlərlə məsləhətləşmə mexanizmləri qorunub saxlanılır. Türkiyə müdafiə və təhlükəsizlik imkanlarını ən yüksək səviyyədə həyata keçirir, NATO və müttəfiq ölkələrlə əməkdaşlıq çərçivəsində bölgədəki vəziyyəti yaxından izləyir və regional sülh və sabitliyi dəstəkləməyə davam edəcək", - deyə nazirlikdən bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər