Dünya
İndoneziyanın paytaxtında zibilxana faciəsi: Yeddi nəfər öldü - VİDEO
İndoneziyanın paytaxtı Cakartada ən böyük məişət tullantıları poliqonunda baş verən uçqun nəticəsində yeddi nəfər ölüb. Oxu.Az Tvzvezda.ru-ya istinadən xəbər verir ki, bu barədə yerli xilasetmə agentliyinin rəhbəri Desiana Kartika Bahari məlumat verib.
Bildirilib ki, həlak olanların hamısının meyitləri aşkar edilib və axtarış-xilasetmə işləri artıq başa çatıb. Hadisənin qurbanları yük maşını sürücüləri və yerli dükanların satıcıları olub. "Polisdən məlumat aldıq ki, itkin düşmüş hesab edilən iki nəfər sağ-salamatdır və evə qayıdıblar", - deyə agentlik rəhbəri bildirib. Xəbərdə bildirilir ki, hadisənin səbəbi güclü yağışlar olub. Torpağın islanması nəticəsində məişət tullantılarının sürüşməsi baş verib. Zibilxananın sahəsi 110 hektardır. Hər il buraya yeddi min tona qədər zibil daşınır.

Mənbə
oxu.az