Dünya
Donald Trampla Cey Di Vens arasında İran məsələsində fikir ayrılığı var?
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Venslə İranla bağlı məsələdə fikir ayrılıqlarının olduğunu etiraf edib. Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir. Lakin Florida ştatının Doral şəhərində keçirilən mətbuat konfransında çıxış edən ABŞ prezidenti Venslə olan fikir ayrılıqları məsələsini inkar edib. "Xeyr, xeyr. Düşünmürəm. Biz bu məsələdə çox yaxşı yola gedirik", - deyə D.Tramp əminliyini ifadə edib. "Deyərdim ki, o, fəlsəfi cəhətdən məndən bir az fərqli idi. Düşünürəm ki, o, [əməliyyatın] perspektivlərinə daha az həvəsli idi. Amma mən inanırdım ki, bunu etməliyik. Başqa seçimimiz yoxdur ", - deyə Ağ Ev rəhbəri fikirlərinə aydınlıq gətirib. Xatırladaq ki, əvvəllər həm D.Tramp, həm də Cey Di Vens ABŞ-nin Yaxın Şərqdə yeni əməliyyatlarına və ümumiyyətlə, xaricdə hərbi qüvvənin aktiv istifadəsinə qəti şəkildə qarşı çıxıblar. ABŞ rəhbərliyinin İrana qarşı hərbi kampaniya başlatmaq qərarı MAGA hərəkatı da daxil olmaqla, Tramp tərəfdarları arasında uçurumu daha da dərinləşdirib.
Mənbə
oxu.az