Dünya

İtaliyada güclü zəlzələ baş verib

10 Mar 2026, 09:08 2 baxış
İtaliyada güclü zəlzələ baş verib
İtaliya sahillərində 5.9 bal gücündə zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Mərkəzdən bildirilib ki, zəlzələnin episentri təxminən 959 000 insanın yaşadığı Neapol şəhərindən 43 km cənub-qərbdə olub. Episentr 375 km dərinlikdə yerləşib. Heç bir insan itkisi və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər