Dünya
Donald Trampdan İrana növbəti sərt xəbərdarlıq
"Əgər İran Hörmüz boğazından neft tədarükünü dayandırmaq üçün nəsə etsə, ABŞ onlara əvvəlkindən 20 dəfə daha güclü zərbə endirəcək". Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" hesabında yazıb. O, həmçinin ABŞ-nin asanlıqla məhv edilən hədəflərə hücum edəcəyini bildirib. "Ölüm, atəş və qəzəb onların üzərində hökmranlıq edəcək. Amma ümid edirəm və dua edirəm ki, bu baş verməsin! Bu, Amerika Birləşmiş Ştatlarının Çinə və Hörmüz boğazından çox istifadə edən bütün ölkələrə bir hədiyyəsidir. Ümid edirəm ki, bu jest minnətdarlıqla qarşılanacaq. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!" - deyə Donald Tramp paylaşımında yazıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Mənbə
oxu.az