Dünya
KİV: Tramp "Netflix" və "Warner Bros" istiqrazlarını satın alıb
ABŞ Prezidenti Donald Tramp son üç ay ərzində "Netflix"in 1.1 milyon dollardan çox məbləğdə istiqrazlarını alıb. Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. Məlumata görə, Tramp ötən il dekabrın 12-də və 16-da iki əməliyyatla 500 min dollardan çox, bu il yanvarın 2-si və 20-də isə daha iki əməliyyatla 600 min dollardan çox məbləğdə "Netflix" istiqrazları alıb. ABŞ qanunlarına görə, prezidentlər digər icra hakimiyyəti məmurlarından fərqli olaraq maraqların toqquşması haqqında qanunlardan azaddırlar. Məlumata görə, Tramp bu istiqrazları övladlarının idarə etdiyi bir fond vasitəsilə alıb. Tramp, həmçinin ötən ilin dekabrında iki əməliyyatla 500 000 dollardan bir milyon dollara qədər məbləğdə "Warner Bros" istiqrazlarını alıb.
Mənbə
oxu.az