Dünya

30 milyard ildə bir saniyəlik xətası olan saat yaradıldı

10 Mar 2026, 06:48 2 baxış
30 milyard ildə bir saniyəlik xətası olan saat yaradıldı
Çin Elm və Texnologiya Universitetinin alimləri hər 30 milyard ildə bir saniyəlik xəta ilə işləyən saat yaradıblar. Oxu.Az Phys.org-a istinadən xəbər verir ki, alimlər kvant metrologiyası sahəsində böyük irəliləyiş əldə edərək stronsiumdan yeni nəsil optik saat yaradıblar. Bu cihazın xüsusiyyətləri vaxtın gedişatını əvvəllər əlçatmaz sayılan dəqiqliklə ölçməyə imkan verir. Saat o qədər sabitdir ki, onun xətası Kainatın yaşından iki dəfə uzun müddət ərzində bir saniyədən də az təşkil edir. Sistemin əsas elementi stronsium-87 atomlarıdır. Onlar birölçülü optik qəfəsdə sabitlənir və vəziyyəti 698 nanometr dalğa uzunluğuna malik ultrasabit lazer vasitəsilə yoxlanılır. Alimlər atom titrəyişlərini təhrif edən amillərlə mübarizə üçün yeni üsullar hazırlayıblar: optik qəfəsin işığından yaranan tezlik sürüşməsinin kompensasiyası, atomların vəziyyətinin daha dəqiq kalibrlənməsi, xarici təsirlərin minimallaşdırılması.
Mənbə oxu.az

Oxşar Xəbərlər