Dünya

Böyük Britaniya Yaxın Şərqə aviadaşıyıcı göndərməyəcəyini bildirib

10 Mar 2026, 04:24 2 baxış
Böyük Britaniya Yaxın Şərqə aviadaşıyıcı göndərməyəcəyini bildirib
Böyük Britaniya Yaxın Şərqdəki hərbi obyektlərinin təhlükəsizliyini gücləndirmək üçün "HMS Prince of Wales" aviadaşıyıcısını regiona göndərməyəcək. Oxu.Az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin ofisinin nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, gəminin göndərilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib. Martın 7-də "Sky News" telekanalı mənbəyə istinadən bildirmişdi ki, Portsmut limanında yerləşən "HMS Prince of Wales" aviadaşıyıcısının Yaxın Şərqə göndərilməsi ehtimalı nəzərdən keçirilir. Qeyd edək ki, Böyük Britaniyanın ikinci aviadaşıyıcısı "HMS Queen Elizabeth" hazırda modernləşdirmə mərhələsindən keçir.
Mənbə oxu.az

Oxşar Xəbərlər