Dünya

KİV: Trampın oğulları PUA istehsal edən şirkətə sərmayə yatırıblar

10 Mar 2026, 04:40 2 baxış
KİV: Trampın oğulları PUA istehsal edən şirkətə sərmayə yatırıblar
ABŞ Prezidenti Donald Trampın oğulları Erik və Donald pilotsuz uçuş aparatları (PUA) hazırlayan "Autonomous Power Corporation" ("Powerus") şirkətinə investisiya qoyublar. Oxu.Az xəbər verir ki, məlumatı "Financial Times" yayıb. Dron texnologiyasını həm hərbi, həm də mülki istifadə üçün inkişaf etdirən "Powerus" şirkəti "Aureus Greenway Holdings" qolf-klublar qrupu ilə birləşməyə hazırlaşır. Layihəyə, həmçinin PUA istehsalçısı "Unusual Machines" də sərmayə qoyur. Donald Trampın oğlu bu şirkətin məsləhət şurasının üzvüdür. 2025-ci ildə xüsusi təyinatlı qüvvələrin sabiq hərbçiləri tərəfindən yaradılan "Powerus" müxtəlif bölmələri vasitəsilə 675 kiloqrama qədər yük daşıya bilən dronlar, taktiki müdafiə platformaları və dəniz müşahidə sistemləri hazırlayır. Şirkətin müştəriləri arasında ABŞ Hərb Nazirliyi də var.
Mənbə oxu.az

Oxşar Xəbərlər