Dünya
Makron: "İrandakı rejimi təkcə bombardmanlarla dəyişmək mümkün deyil"
"İranda rejim dəyişikliyinə yalnız bombardmanlar vasitəsilə nail olmaq mümkün deyil". Oxu.Az "20minutes" nəşrinə istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron "Şarl de Qoll" aviadaşıyıcısının adaya gəlişi münasibətilə Kiprə səfəri zamanı verib. Makron vurğulayıb ki, gəminin və onun heyətinin əsas vəzifəsi Avropa İttifaqının üzvü olan Kiprin, həmçinin adadakı Fransa vətəndaşlarının müdafiəsini təmin etməkdir.
Mənbə
oxu.az