Dünya
Tramp: "İran gəmilərini batırmaq ələ keçirməkdən daha əyləncəlidir" - VİDEO
Donald Tramp ABŞ-nin İrana qarşı əməliyyatları zamanı İran hərbi gəmilərinin batırılması barədə danışıb. Oxu.Az xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb. ABŞ prezidenti bildirib ki, İranın hərbi gəmilərini ələ keçirmək əvəzinə batırmaq bəzən daha üstün tutulur. Onun sözlərinə görə, ABŞ hərbçilərindən biri gəmiləri batırmağın "ələ keçirməkdən daha əyləncəli" olduğunu deyib.
"Mən soruşuram: "Necə gəmilərdir?" "Əladırlar, ser, mövcud olan gəmilərin ən yaxşılarıdır". Soruşuram, niyə biz onları sadəcə olaraq ələ keçirmirik, onlardan istifadə edə bilərik axı. O mənə cavab verir: "Onları batırmaq daha əyləncəlidir". Donald Tramp bu fikirləri Florida ştatında keçirilən Respublikaçılar konfransında çıxışı zamanı səsləndirib. Lakin o, gəmilər barədə kiminlə danışdığını dəqiqləşdirməyib.

Mənbə
oxu.az