Dünya

KİV: İran İordaniyada Almaniya ordusunun düşərgəsini atəşə tutub

10 Mar 2026, 02:48 2 baxış
KİV: İran İordaniyada Almaniya ordusunun düşərgəsini atəşə tutub
İran İordaniyada yerləşən hərbi obyektə raket zərbəsi endirib. Oxu.Az-ın "Der Spiegel"ə istinadən verdiyi xəbərə görə, Almaniya ordusunun düşərgəsi yerləşən Əl-Əzraq aviabazası bir neçə ballistik raketlə atəşə tutulub. Bildirilir ki, hərbçilər əvvəlcədən sığınacaqlara yerləşdirildiyi üçün xəsarət alan olmayıb. Hazırda raketlərin birbaşa düşərgəyə düşüb-düşmədiyi və ya hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi raket qalıqlarının əraziyə düşdüyü hələ dəqiqləşdirilir. Qeyd edək ki, Əl-Əzraq aviabazası daha əvvəl də raket hücumuna məruz qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər