Dünya
Tramp: "İran hələ bir neçə gün əvvəl təslim olmalı idi"
"ABŞ İranı tamamilə darmadağın edib, Tehran hələ bir neçə gün əvvəl təslim olmalı idi". Oxu.Az RBC-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında çıxışı zamanı bəyan edib. "İran böyük, güclü bir ölkə olmalı idi. Biz onları darmadağın etdik. Bilirsinizmi, onların nə vaxt "təslim oluruq" deyəcəklərini bilmirəm, amma bunu hələ iki gün əvvəl etməli idilər, elə deyilmi?" - deyə Tramp bildirib. Onun sözlərinə görə, İranda artıq heç nə qalmayıb: "ABŞ artıq bir çox istiqamətlərdə İranı məğlub edib, lakin bu qələbələr kifayət deyil - ölkə düşmənin tam məğlubiyyətinə qədər geri çəkilməyəcək. Biz bu uzunmüddətli təhlükəyə birdəfəlik son qoyacaq yekun qələbəni əldə etmək üçün daha böyük əzmlə irəliləyirik".
Mənbə
oxu.az