Digər
Qazaxıstan ordusunda yoxlamalar aparılır
Qazaxıstanda Müdafiə Nazirliyinin 50 obyekti, o cümlədən 48 hərbi hissədə yoxlamalara başlanılıb.
Axar.az xəbər verir ki, bunu Qazaxıstanın Ali Audit Palatasının rəhbəri Əlixan İsmayılov deyib.
“Audit Silahlı Qüvvələrin bütün əsas fəaliyyət istiqamətlərini, o cümlədən silah və hərbi texnikanın modernləşdirilməsini, eləcə də təlimlərin keçirilməsini əhatə edəcək”, - o bildirib.
Qeyd edək ki, sentyabrın 24-də Xəzər dənizində hərbi təlimlər zamanı 14 hərbçinin həlak olmasından sonra Qazaxıstan Müdafiə Nazirliyində dövlət auditi başlayıb.
Mənbə
axar.az